Kataloq



Əlavə edilə tarixi: August 30, 2007 01:39:24 AM.az domen

Azərbaycan İnternet Forumunun
Məlumatı
 
    Azərbaycan İnternet Forumunun  növbəti toplantısı keçirilib.
Toplantıda  Azərbaycan İnternetində inhisarçılığın aradan qaldırılması və keyfiyyətinin yaxşılaşdırılması,  iki  hərfdən ibarət milli  domenlərin( ms.az, ah.az və s. ) qeydiyyatı ilə  bağlı  məsələlər  müzakirə edilib.
     Toplantıda həmçinin  Milliləşdirilmiş domen adlarının (azər.net, xəbər.az və s.) Azərbaycan İnternetində istifadəsinin mümkünlüyü ilə  bağlı  məsələ  bir  daha  müzakirə  edilib. Milli əlifbaya uyğun domen adlarının qeydiyyatının milli  internet seqmentinin inkişafına  hansı  təsirləri  göstərə biləcəyi yenidən müzakirə predmetinə  çevrilib. Müzakirələrdə bu tip   domenlərdən istifadə  edilməsinin mümkünlüyü , ölkə  daxilində  bunun müəyyən müsbət  təsirlərinin ola  biləcəyi  vurğulanıb. Eyni  zamanda xarici internet istifadəçiləri üçün, bütövlükdə AzNet  üçün yalnız  bu tip  domenlərdən istifadə edilməsinin Azərbaycan İnternetinin inkişafına  mənfi  təsirlər  göstərə biləcəyi  də  xüsusilə  qeyd  olunub. Toplantıda hələlik geniş  populyarlıq qazanmayan  bu texnologiyanın tətbiqi və onun AzNet-in inkişafına  təsirləri ilə  bağlı  ictimaiyyətə  məlumat çatdırılması üçün əlaqədar  qurumlarla  birgə  tədbir  keçirilməsi  məqsədəuyğun hesab edilib.
    AİF –in toplantısında milli domen Qeydiyyatçıları  tərəfindən iki  hərfli  domen  adlarının qeydiyyatının aparılmamağına  münasibət  bildirilib. Bu  sahədə bəzi  şirkətlərin  iki və ya  üç  hərfli domenlərinin  mövcudluğunun hazırda İnternet  bazarında  haqsız  rəqabət  mühiti  yaratdığı  qeyd  olunub. Bu tip  domenlərin sayının kifayət  qədər  məhdud olması, məxsusi  qeydiyyat  prosedurasının vacibliyi, ticarət  nişanlarına  malik olan qurumlar üçün  bu tip  domenlərin qeydiyyatının mümkünlüyü ətrafında  müzakirələr  aparılıb. Toplantıda mövcud  qanunvericiliyə uyğun Qeydiyyat Qurumu  formalaşanadək yalnız ticarət  nişanlarına  malik olan iki  hərfli  domen  adlarının  qeydiyyatının məqsədəuyğun olması və bununla  bağlı  müvafiq  qurumlara  müraciət  edilməsi haqqında  qərar  qəbul olunub.
      AİF-in toplantısında Azərbaycan İnternetində uzun müddətdən  bəri  davam edən inhisarçılığın və əsasən də bunun nəticəsində yaranan keyfiyyətsiz  internetin  yaratdığı problemlər ətrafında müzakirələr  aparılıb. Ölkənin İnternet trafikinə yalnız  bir şirkətin nəzarət  etməsinin, bütövlükdə ölkə üzrə bu  sektorda və telekommunikasiya sektorunda  liberallaşmanın  zəif  getməsinin AzNet-in inkişafına  ciddi əngəllər  törətdiyi bildirilib. Azərbaycanın indiki inkişaf  səviyyəsinə uyğun gəlməyən bu tendensiyaya  son qoyulmasının  vacibliyi  vurğulanıb.  Azərbaycanın  sərhədinədək  bir  neçə magistral İnternet kanalının ( Backbone) gətirilməsinin zəruriliyi qeyd olunub. Bununla  bağlı  müzakirələrin yekununda Azərbaycan İnternetində inhisarçılığa  son qoyulması, bu  sahədə sərbəst  və azad  rəqabət  mühitinin formalaşdırılması üçün qəti  addımların atılması  məqsədilə  RİTN-ə  Müraciət  ünvanlanması  məqsədəuyğun hesab olunub.
      AİF-in toplantısında bir  sıra  cari məsələlər də müzakirə olunub.





Ziyarətçi Göndərənlər



    Statistikalar

    1. Kateqoriyalar: 97
    2. Saytlar: 1892
    3. Gözləyən: 800